Ermənistanın Baş naziri Nikol Paşinyan 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək INNOPROM-2026 beynəlxalq sənaye sərgisində iştirak edəcək.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısı forumun natiqlər siyahısına daxil edilib.
Həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyevin də adı açıqlanıb.
INNOPROM-2026-nın əsas mövzusu "Sənaye 360: Sərhədsiz İstehsal" olacaq.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB