2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya Xorvatiya üzərində 2:1 hesablı əzmkar qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib. Qarşılaşmanın son anlarında matçın ən çox müzakirə olunan məqamına çevrilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, oyunun ilk hissəsində üstün görünən tərəf Portuqaliya olsa da, hesabı ikinci hissənin 53-cü dəqiqəsində İvan Perişiç açdı. Xorvatiya önə keçdikdən sonra daha bir neçə dəfə fərqlənsə də, ofsayd səbəbindən qolları qeydə alınmadı. 66-cı dəqiqədə Portuqaliyanın lehinə penalti təyin olundu. Topun arxasına keçən Kriştiano Ronaldo dəqiq zərbə ilə hesabı bərabərləşdirərək karyerasında ilk dəfə dünya çempionatının pley-off mərhələsində qol vurdu.
Matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Rafael Leaunun ötürməsini Qonçalu Ramoş başla qapıya göndərərək Portuqaliyaya qələbə qazandırdı. Lakin dramatik anlar bununla bitmədi. Qarşılaşmanın son saniyələrində Yoşko Qvardiol Xorvatiyanın bərabərlik qolunu vursa da, topun İqor Matanoviçə toxunduğu müəyyən edilib. Bu toxunuş nəticəsində Mario Paşaliç ofsayd vəziyyətində hesab olundu və qol ləğv edildi. Hakimin qərarı Xorvatiya futbolçuları və azarkeşlərinin ciddi etirazına səbəb oldu.
Beləliklə, Portuqaliya 1/8 finalda İspaniya ilə qarşılaşacaq. Xorvatiya isə turnirlə vidalaşdı. Bu görüşün, eyni zamanda komandanın kapitanı Luka Modriçin dünya çempionatlarındakı son oyunu olduğu ehtimal edilir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB