...2 iyun gecəsi Rostov vilayətində 25-dən çox pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə regional qubernator Yuri Slyusar öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatları regionun Çertkovski, Verxnedonski, Millerovski, Bokovski, Şoloxovski və Tarasovski rayonlarında məhv edilib.
...Yerdə itki və ya ziyan barədə heç bir məlumat daxil olmayıb. Bu, dəqiqləşdiriləcək, - Slyusar yazıb.
Daha əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko regionda altı PUA-nın vurulduğunu açıqlamışdı. Moskva meri Sergey Sobyanin də hava hücumundan müdafiə qüvvələrinin Moskvaya gedən iki PUA-nı məhv etdiyini açıqlamışdı.
Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti hava hücumundan müdafiə qüvvələrinin 1 iyul gecəsi Rusiya regionları üzərində Ukrayna Silahlı Qüvvələrinin (UHQ) 179 pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB