Ukrayna PUA-ları dayanmır - bu dəfə Penza vilayəti vuruldu

Ukrayna PUA-ları dayanmır - bu dəfə Penza vilayəti vuruldu

Ukraynanın Penza vilayətində iki sənaye müəssisəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Vilayətin qubernatoru Oleq Melniçenkonun sözlərinə görə, hücum nəticəsində müəssisələrdən birində iki nəfər xəsarət alıb. Partlayış dalğası Penza şəhərində yerləşən iki çoxmənzilli yaşayış binasının da şüşələrini sındırıb.

Vilayət rəhbəri sakinləri PUA-nın qalıqlarına yaxınlaşmamağa çağırıb, aşkar edildikdə isə bu barədə "112" qaynar xəttinə məlumat verməyi tövsiyə edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə