Litvada yeni Baş nazir seçilib

Litvada yeni Baş nazir seçilib

Litvada yeni Baş nazir seçilib. Litva Seymi (parlamenti) Litva Sosial-Demokrat Partiyasının (LSDP) 42 yaşlı lideri Mindauqas Sinkeviçyusu Baş nazir postuna təsdiqləyib. Bu barədə qanunverici orqanın saytında bildirilib.

Sinkeviçyus Litvada bu vəzifəni tutan ən gənc siyasətçidir. Bundan əvvəl ölkə tarixində ən gənc Baş nazir İnqa Ruqinene olub, vəzifəyə gələn zaman onun 44 yaşı var idi.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə