Braziliya yığmasının DÇ-2026-da Haiti ilə qarşılaşması bəxtsizlik olub.
SİA xarici mediaya istinadən xəbər verir ki, bunu Haiti millisinin baş məşqçisi Sebastyan Minye mundialın qrup mərhələsində Braziliya yığmasına qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:
"Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi".
Qeyd edək ki, Braziliya Haiti seçməsini 3:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB