...1 yanvar 2026-cı il tarixində Slovakiyada qeyri-adi bir qayda qüvvəyə minəcək: yaşayış məntəqələrində səkilərdə sürət həddi saatda 6 kilometr olacaq. Ölkə parlamenti artıq yol hərəkəti qanununa düzəliş edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico xəbər verir.
Yeni qayda təkcə piyadalara deyil, həm də velosipedçilərə, skeytbordçulara, skuter istifadəçilərinə və elektron skuter sürücülərinə - səkilərdən istifadə etməyə icazəsi olan hər kəsə şamil edilir.
Dəyişikliyin müəllifi, Smer partiyasının millət vəkili və hakim koalisiyanın üzvü Lubomír Vazni qanunun məqsədinin piyada təhlükəsizliyini artırmaq olduğunu bildirib.
...Skuter sürücüləri ilə toqquşmaların sayı artır. İndi kimin çox sürətlə hərəkət etdiyini obyektiv şəkildə müəyyən etmək mümkün olacaq.
Lakin, hakimiyyət orqanlarının piyada sürətini necə idarə etmək niyyətində olduğu hələ də aydın deyil.
İnsanların orta gəzinti sürəti saatda 4-5 km-dir və fiziki vəziyyəti yaxşı olanlar üçün 6,4 km/saat orta hesab olunur. Düzəliş müxalifət tərəfindən tənqidlərə və sosial mediada istehzaya səbəb olub.
Liberal Proqressiv Slovakiya partiyasının nümayəndəsi Martin Pekar qeyd etdi ki, piyadalar skuterlər deyil, avtomobillər tərəfindən təhlükə altındadır: “Qəzaları azaltmaq üçün bizə velosipedçilərin tarazlığını qorumasını çətinləşdirən absurd məhdudiyyətlər deyil, təhlükəsiz velosiped yolları lazımdır”.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB