...Deməli, bir müddət bundan əvvəl qəbul edilmiş qərara görə, məktəbdə olan belaruslu müəllim mobil telefondan istifadə etməməlidir, amma...
... SİA-nın məlumatına görə, ümumi orta və məktəbəqədər təhsil Baş İdarəsinin rəis müavini - Təhsil Nazirliyinin Ümumi orta təhsil şöbəsinin müdiri İrina Karjova BELTA-ya bildirib ki, müəllim məktəbdə mobil telefondan necə istifadə edə bilər.
Onun sözlərinə görə, məktəbdə zərurət olmadan dərs zamanı müəllimlərin mobil telefondan istifadəsinə qoyulan məhdudiyyət də açıq şəkildə yazılıb. Məqsəd “suallardan qaçmaqdır”.
Karjova əlavə edib ki, belə bir qərar həm də müəllimin uşaqlar üçün nümunə olması ilə bağlıdır.
Eyni zamanda, Təhsil Nazirliyinin nümayəndəsi deyir ki, söhbət müəllimlərdən mobil telefonların götürülməsindən getmir.
İrina Karjovanın fikrincə, müəllimlərin təcili zəng etmək bacarığı olmalıdır.
Bundan başqa, nazirlik nümayəndəsi müəllimlərin mobil telefondan sui-istifadə halları ilə bağlı nazirliyə məlumat daxil olmadığını qeyd edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə