...May ayında Amerikalı yetkinlərin 15,6 faizi qida çatışmazlığından əziyyət çəkirmi.
Belə ki, ərzaq məhsullarına tələbat 2022-ci illə müqayisədə 120 faiz artıb.
SİA-nın məlumatına görə, nə qədər maraqlı olsa da, bunu Rusiya mətbuatı yazır.
Deməli, RİA Novosti "canıyananlıqla" bildirir ki, Morning Consult-un aylıq hesabatına görə, bəzən və ya tez-tez kifayət qədər qidası olmadığını söyləyən ABŞ-da böyüklərin payı son bir neçə il ərzində artmağa davam edir.
Axios-a görə, 2025-ci ilin may ayında Amerikalı yetkinlərin 15,6 faizi qida təhlükəsizliyindən əziyyət çəkirdi ki, bu da dörd il əvvəlki göstəricidən təxminən iki dəfə çoxdur.
Filadelfiya bölgəsindəki ərzaq bankları şəbəkəsində qidaya tələbat 2022-ci il səviyyəsi ilə müqayisədə 120 faiz artıb. Eyni zamanda, ABŞ Konqresi, ehtimal ki, vəziyyəti daha da pisləşdirəcək qida müavinətlərində (SNAP) böyük ixtisarlar etmək qərarına gəlib.
SİA-nın müdaxiləsi: ...Deyirəm, ruslar tirajladıqları bu yazıya foto seçərkən, heç olmasa “sartirovka” edib arıq amerikalılardan birinin və ya bir neçəsinin fotosunu yerləşdirəydilər.
İndi...mən yox, Siz deyin, bu qadın aclıq çəkənə oxşayırmı, hələ uşağı demirəm..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə