Yaponiyada Twitter qatili kimi tanınan manyak edam edilib

Həbsindən 8 il sonra Yaponiyada 70 gündə 9 nəfəri öldürən silsilə qatil edam edilib. Gənc oğlan qurbanlarını sosial şəbəkələrdə tapıb.

SİA-nın məlumatına görə, manyak Takahiro Şiraişi Yaponiyada edam edilib.

Gənc səkkiz il əvvəl 9 nəfəri qətlə yetirməkdə təqsirli bilinib. People xəbər verir ki, Şiraişi qurbanlarını sosial şəbəkədə tapıb.

O, intiharı düşünən emosional cəhətdən qeyri-sabit qızları axtarırdı. Gənc onlara yaxınlaşaraq intihara kömək etməyi təklif edib və öz mənzilinə aparıb, orada döyüb, zorlayıb və öldürüb, sonra isə qarət edib.

O, səkkiz yeniyetmə qızın, eləcə də Şiraişinin hiylələrini bildiyi üçün öldürülən bir gəncin qətlinə görə məsuliyyət daşıyır.

Twitter qatilinin ən gənc qurbanının cəmi 15 yaşı olub. Qatil qurbanlardan birinin yazışmaları sayəsində tapılıb.

Manyakın soyuducularına baxış zamanı bütün 9 qurbanın sümükləri və bədən hissələri tapılıb.

Manyak meyitin iyini pişik zibilləri ilə ört-basdır etməyə çalışıb.

Məhkəməsində Şiraişi deyib ki, onu "cinsi və maliyyə istəkləri" idarə edir.

O, Yaponiyada 2022-ci ildən bəri ilk ölüm cəzasına məhkum edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə