“Yaşıllar” “Rosneft” aktivlərinin tam milliləşdirilməsinə çağırır...

...Almaniyada “Yaşıllar” Partiyası kansler Fridrix Merz hökumətindən “Rosneft” şirkətinin alman aktivlərini tamamilə müsadirə etməyi tələb edir.

SİA-nın məlumatına görə, “Merkur” nəşrinin yazdığı kimi, bu tələbi hökumətin “hərəkət etməli” olduğunu bildirən “Yaşıllar” Partiyasından olan deputat Maykl Kellner səsləndirib.

Qeyd edək ki, burada söhbət “Rosneft”in Şvedt, Karlsrue və Voqburq şəhərlərindəki üç böyük neft emalı zavodundaki səhmlərindən gedir.

2023-cü ilin sentyabrından bu aktivlər artıq Almaniya dövlətinin “etibar idarəsində” olub və bu, Rusiya şirkətini onlara nəzarət etməkdən məhrum edib,..lakin mülkiyyət hüququnu yox..?.

Kellner bu tədbirin “açıq-aşkar qeyri-kafi” olduğuna inanır və birbaşa milliləşdirməyə çağırır.

Parlamentari onu da təklif edib ki, “Rosneft” məhkəmə yolu ilə təzminat tələb edəcəksə, o zaman belə bir qərar yalnız Ukraynada münaqişə bitdikdən sonra həyata keçirilə bilər. Onun sözlərinə görə, belə bir addım “Kreml üçün aydın siqnal” olacaq və zavod işçilərinə “gələcəyə inam” verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə