...Gürcüstan hakimiyyəti mayın 15-dən Belarus və Rusiya vətəndaşlarına avtomobillərin və xüsusi texnikanın ölkə ərazisindən təkrar ixracını qadağan edib.
SİA xəbər verir ki, bu barədə bm.ge portalı məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə istinadən qeyd edilir ki, dəyişikliklər minik avtomobillərinə, buldozerlərə, ekskavatorlara, qreyderlərə, traktorlara aiddir.
Belorus və Rusiya Federasiyasına nəqliyyat vasitələrinin təkrar ixracı əvvəllər qadağan edilib, lakin bu ölkələrin vətəndaşları “Gürcüstandan üçüncü ölkələrə avtomobillərin ixracını təşkil edə bilərdilər”.
İndi bu ehtimal istisna edilir.
...Rusiya Federasiyasında yeni məhdudiyyətlər Gürcüstanın sanksiyalardan yan keçmək üçün tranzit kanalı kimi istifadə edildiyi barədə jurnalist araşdırmaları ilə bağlıdır. Gürcüstan hökuməti bu cür nəşrləri dəfələrlə təkzib edərək, ölkənin bütün məhdudiyyətlərə əməl etdiyini bəyan edib.
Bunu nəşr yazır.
Gürcüstan 2023-cü il avqustun 1-dən ABŞ və Avropadan öz ərazisinə gətirilən avtomobillərin Belarus və Rusiyaya təkrar ixracına qadağa qoyub.
Qərarın “beynəlxalq sanksiyalara əməl olunması üçün görülən tədbirlər”lə əlaqədar verildiyi qeyd edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə