Aprelin 1-nə Rusiya Sosial Fondu sistemində qeydiyyatda olan 40,961 milyon pensiyaçı var. Onların sayı azalıb.
SİA-nın məlumatına görə, bu ilin yanvarında pensiyaçıların sayı 41,169 milyon nəfərə çatıb. 2024-cü ilin aprelində isə bu 40,982 milyon nəfər olmuşdu.
Ən əhəmiyyətli azalma yaşa görə pensiya alanlar arasında müşahidə olunub: onların sayı yanvarda 33,379 milyon nəfərdən apreldə 33,187 milyon nəfərə düşüb.
Bu barədə TASS yazıb. Analitiklər pensiyaçıların sayının azalması tendensiyasını pensiya islahatlarının aparılması ilə izah edirlər.
Mart ayında TASS-ın Banki.ru-nun araşdırmasına istinadən verdiyi xəbərə görə, gəliri 200 min rubldan çox olan rusiyalıların 82 faizi 45 min rubl pensiyanı minimum məqbul, 100 min rublu isə rahat (72 faiz) hesab edir.
Eyni zamanda, 30 min rubla qədər gəliri olan respondentlərin 28 faizi 26-35 min rubl diapazonunda pensiyanın minimal olaraq kifayət etdiyini və 61-100 min rublun rahat olduğunu (38 faiz) söyləyib.
Onlar yazıblar ki, Rusiyada yaşa görə orta pensiya 2025-ci il yanvarın 1-nə 23 175 rubl təşkil edib.
Həmçinin məlumat verilib ki, 80 yaşdan yuxarı pensiyaçıların pensiyaları mayın 1-dən 2 dəfə artırılacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə