İsrail qırıcısı səhvən öz təyyarələrini vurdu

İsrail təyyarəsi Qəzza zolağı ilə sərhədə yaxın Kibbutz Nir Yitzhak ərazisinə səhvən zərbə endirib və mərmi atıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( İDF ) mətbuat xidməti məlumat yayıb.

Hücum nəticəsində İsrail Hava Qüvvələrinə məxsus digər təyyarə səhvən vurulub. Xəsarət alan olmasa da, hadisə ilə bağlı araşdırma başlanılıb. Səbəb müvəqqəti olaraq texniki nasazlıq kimi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə