“Fransa 1845-ci ildə, yəni dırnaq içərisində köləliyi rəsmən ləğv etməzdən üç il əvvəl Heyvanların Mühafizəsi Cəmiyyətini yaratdı”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı Fransız Qvineyasının nümayəndəsi Serve Alfonsin deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, onlar qaradərililərdən əvvəl heyvanları qoruyurlar: “Onlar üçün qara insanlar kiçik parçalar idi. Onlara etmək istədiklərini edə bilirdilər. Plantasiyalarda baş verənlər hər kəsə məlumdur. “Ağ vəhşilik” adlı kitabda bu barədə yazılır və plantasiyalarda nə baş verdiyini, valideynlərimizin, əcdadlarımızın bu plantasiyalarda hansı dramları yaşadıqları qeyd olunur. Bəzən onların yaşadıqları baş verənlərin reallığını təsəvvür etməyi belə çətinləşdirir”.
O bildirib ki, xalqın müqaviməti daim davam edəcək və BTQ-nin təşkil etdiyi konfransında iştirak müqavimətin olduğunu nümayiş etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə