“3+3” regional formatın qapıları Gürcüstan üçün açıq qalır və bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur.
SİA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında parlament saatında çıxışda deyib. Lavrov xatırladıb ki, format yaradılan andan Gürcüstan burada iştirak etməyib, lakin onun yeri bu mexanizmdə qorunub saxlanır.
Onun sözlərinə görə, Gürcüstanın hazırki rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır, “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir.
Nazir bildirib ki, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib ki, bu da onun effektivliyini artıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə