Fransa Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı yeni sammit keçirmək istəyir. Xatırladaq ki, ötən gün, fevralın 17-də liderlərin oxşar görüşü baş tutub.
SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir.
Adı açıqlanmayan diplomatik mənbələrdən verilən məlumata görə, sammit bu günə planlaşdırılıb.
Qeyd edilmlidir ki, tədbirə bazar ertəsi keçirilən iclasda iştirak etməyən ölkələr də dəvət olunub.
…Reuters mənbələri qeyd edir ki, dəvət olunan ölkələr arasında Norveç, Kanada, üç Baltikyanı ölkə (Litva, Estoniya və Latviya), Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika da var.
Eyni zamanda, bəzi dövlətlər videokonfrans vasitəsilə görüşdə iştirak edə bilər.
Onu da xatırladaq ki, fevralın 17-də Parisdə Avropa ölkələrinin liderləri ilə yanaşı, NATO-nun baş katibi Mark Ruttenin də iştirak etdiyi fövqəladə sammit keçirilib.
Sammit zamanı iştirakçılar, xüsusilə, Ukraynaya gələcək dəstək məsələsini müzakirə ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə