Türkiyənin ticarət naziri Ömər Bolat 2025-ci ilin ilk ixrac göstəricilərinin detalları ilə bağlı Trabzonda açıqlama verib. Həm yanvar ayında ən yüksək ixrac rəqəminə çatılıb, həm də son 12 aylıq mal ixracatında yeni rekord qeydə alınıb.
Yanvar ayı ixracı 5,8 faiz artaraq 21,2 milyard dollara yüksəlib. Son 12 ayda illikləşdirilmiş mal ixracı isə 263 milyard dollara çatıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin sonunda Türkiyənin yenə rekord səviyyəyə çatdığı 261,9 milyard dollar idi.
Bütün xəbərlər Facebook səhifəmizdə