Xarici abituriyentlər üçün vahid imtahan tətbiq ediləcək...

Rusiya prezidenti Vladimir Putin hökumətə Rusiya ali məktəblərinə daxil olan əcnəbi abituriyentlər üçün rus dilində vahid qəbul imtahanının tətbiqi ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

SİA-nın məlumatına görə, bu barədə Kremlin saytında rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə Şuranın iclasının yekunlarına dair göstərişdən irəli gəlir.

O, həmçinin bu cür təhsil proqramlarının mənimsənilməsi üçün tələb olunan rus dilini bilmə səviyyəsinə və qəbul imtahanının keçirilməsi qaydasına dair vahid tələblərin müəyyən edilməsinin zəruriliyini göstərir.

Bundan əlavə, bu imtahanla bağlı məlumatlarla xidmətin yaradılması ilə bağlı təkliflərin təqdim edilməsi tapşırılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə