Naməlum maddənin yayılması 40-dan çox insan zərər verib

Almaniyanın Saksoniya əyalətinin Valdhaym şəhərində supermarketə naməlum maddənin yayılması nəticəsində 40-dan çox insan zərər çəkib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, polis ötən gün axşam saatlarında baş vermiş hadisə nəticəsində 41 nəfərin xəsarət aldığını bildirib. Onlar narahatlıq və tənəffüs yollarının qıcıqlanmasından əziyyət çəkdiklərini deyiblər. Həmin şəxslərin 15-i müayinə və müalicə üçün xəstəxanaya aparılıb.

Polis insan sağlamlığına ziyan vuran həmin maddənin müəyyənləşdirilməsi və onun supermarketdə necə yayılmasının aydınlaşdırılması üçün istintaqa başlayıb. Ticarət mərkəzi müvəqqəti olaraq bağlı elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə