...Bu yaxınlarda İsrail HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü rəsmən təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna CNN-ə istinadən xəbər verir ki, indi onun cəsədi Qəzzada israilli girovların azad edilməsi müqabilində “sövdələşmə predmetinə” çevrilə bilər.
Yerli medianın məlumatına görə, Sinvarın qalıqları çərşənbə günü Qəzzanın cənubunda İsrail qüvvələri tərəfindən öldürüldükdən sonra İsraildə gizli bir yerdə saxlanılır.
CNN-in iki mənbəsinə görə, girovların azad edilməsi məsələsi çox güman ki, İsrail üçün prioritet olacaq.
İsrail dövlətinin 7 oktyabr 2023-cü il hücumlarını təşkil etməkdə ittiham etdiyi adamın qalıqlarından necə istifadə ediləcəyinə qərar verilərkən bu məqam nəzərə alınacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB