Putin Türkiyəyə qırıcıların mühafizəsi altında uçmaq istəyir, özü də...
Rusiya liderı Vladimir Putin Türkiyəyə səfər edərkən təyyarəsinin rus qırıcıları tərəfindən müşayiət olmasını istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu vəziyyətlə tanış olan mənbələr Middle East Eye-a bildiriblər.
Onların sözlərinə görə, Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir.
Məhz bu səbəbdən, mənbələrə görə, rus liderinin Ankara səfəri ləngiyir.
Nəşrin qeyd etdiyi kimi, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.
Danışıqlardan xəbəri olan mənbə aydınlaşdırıb ki, Türkiyə Putinin səfəri üçün hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağı və ya dəyişdirməyi planlaşdırmır.
Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər belə bir səfəri çətinləşdirir.
Xatırladaq ki, Putin sonuncu dəfə 2014-cü ildə Ankaraya səfər edib.
Əvvəllər xarici dövlət başçılarının səfərlərinin diplomatik protokollarında yaxından iştirak etmiş Türkiyənin keçmiş səfirlərinin fikrincə, Rusiyanın tələbi son dərəcə qeyri-adidir. …Türkiyə hökuməti xoşməramlı bir jest olaraq xarici dövlət başçılarını müşayiət etmək üçün döyüş təyyarələri göndərə bilər. Bununla belə, xarici dövlət başçılarının öz döyüş təyyarələrini gətirməyi xahiş etdikləri bir hadisəni xatırlamıram.
Qeyd edək ki, bunu Middle East Eye mənbəsi bildirib.
…Və bundan əlavə, Rusiya rəsmiləri otellərdən şikayətlənirlər, çünki Ankaranın üç ən böyük oteli…”amerikanskidir”.
Nəşrin mənbələrinə görə, Rusiyada belə otellərin Rusiya prezidenti üçün təhlükəli olduğuna inanırlar. Ona görə də, Putinə hökumət qonaq evinin verilməsi məsələsini qaldırıb.
Yeri gəlmişkən, iyunun ortalarında agentlik Putinin təyyarəsini Su-30SM qırıcısı ilə müşayiət etməyə başladığını bildirib. Xatırladaq ki, xaricə uçuşlar zamanı döyüş təyyarələri Putini müntəzəm olaraq müşayiət edir. Belə ki, ötən ilin dekabrında Rusiya Müdafiə Nazirliyi hətta dövlət başçısının BƏƏ-yə səfəri zamanı Hərbi Hava Qüvvələri onu müşayiət edən Su-35 qırıcılarının görüntülərini dərc edib. Prezidentin mətbuat katibi Dmitri Peskov daha sonra bunun təhlükəsizlik məqsədilə edildiyini bildirib.
Qeyd edilməlidir ki, Vladimir Putinin yüksək təhlükəsizlik tədbirləri Ukraynada müharibəyə başlamasından sonra xeyli gücləndirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB