Rusiya Ukraynanın cənubundakı Zaporojya şəhərində bir oteli hədəfə alıb. Hücumda biri uşaq olmaqla 2 nəfər ölüb, 2 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Nazirliyinin hücumla bağlı verdiyi açıqlamada bildirilib: “Xilasetmə qrupları Zaporojyada raket hücumunun nəticələrini aradan qaldırıb. Sentyabrın 2-də saat 23:03-də rus qoşunları Zaporojyada yaşayış məntəqəsini vurublar. Oteldə atışma nəticəsində 38 yaşlı qadın və onun 8 yaşlı oğlu ölüb. Qadının 12 yaşlı qızı dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb. 43 yaşlı kişi də yaralanıb. Hadisə yerində xilasetmə qrupları, polis, tibb işçiləri və könüllülər çalışıb. Xilasetmə işləri başa çatıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB