...Macarıstanda qüvvəyə minən qanuna görə minlərlə ukraynalı qaçqın ictimai mənzil hüququnu itirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RFI yazır. Orban hökuməti döyüşlərin getdiyi 13 ərazinin siyahısını tərtib edərək, qalanlarını yaşamaq üçün təhlükəsiz hesab edib. Oradan insanlar qayıtmağa və ya Macarıstanda qalmağa dəvət olunurlar, lakin öz hesablarına...
İddialara görə, bu gün Macarıstanda 46 min ukraynalı qeydiyyatdan keçib. Təbii ki, bu Avropada ən kiçik saydır. Qeyd edək ki, ukraynalıların əksəriyyəti işləyir və mənzil kirayə edə bilər, buna görə də yeni fərman yaşayış mərkəzlərində yaşayan ən həssas qrupları (ən azı 4 min nəfər) vuracaq.
Paradoks ondan ibarətdir ki, bunlar daha çox macar dilində danışan və Ukraynadakı macar azlığına mənsub qaraçı ailələrdir. Onlar təhlükəlilər siyahısında olmayan sərhəd Transkarpat bölgəsindən gəliblər. Artıq ilk köçürülmələr başlayıb və paytaxtda müxtəlif qeyri-hökumət təşkilatları küçələrdə qalanlara köməklik göstərdiyi halda, əyalətlərdə yaşayan bir çox ailələr öz vətənlərinə qayıtmalı olurlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB