...NATO Rusiyanı Rumıniyadan mümkün qədər uzaq tutmalıdır.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Sosial Demokrat Partiyasına rəhbərlik edən Rumıniyanın baş naziri Marsel Çolaku Buxarestdə keçirilən qurultayda çıxışı zamanı deyib.
Çolaku bildirib ki, Rumıniya Avropada ən böyük hərbi alyans bazasını tikir və bütün strateji dəhlizlərdə fəal iştirak edir. Onun sözlərinə görə, Buxarest ölkədə sülhün təmin olunması üçün Ukraynaya dəstəyini davam etdirəcək və müharibə başa çatdıqdan sonra onun yenidən qurulmasında iştirak edəcək. Çolaku əlavə edib ki, Rumıniyanın nəqliyyat naziri bərpa prosesində əsas mərkəzə çevriləcək Konstansa limanını hazırlayır.
Siyasətçi həmçinin peşəkar orduda israr edərək ölkədə məcburi hərbi xidmətin bərpasına qarşı çıxıb.
Avqustun 23-də Biala Piska şəhərinin meri Franciszek Romankeviç bildirib ki, Rumıniya hərbçiləri Polşada təlimlər zamanı yaşayış binalarını artilleriya atəşi ilə vurub və məktəbə ziyan yetiriblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB