Avtomobilə yerləşdirilmiş bomba partladı - 2 mülki şəxs yaralandı

Avtomobilə yerləşdirilmiş bomba partladı - 2 mülki şəxs yaralandı

Suriyanın Afrin rayonunda avtomobilə yerləşdirilmiş partlayıcının partlaması nəticəsində 2 mülki şəxs yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iki mülki şəxsin yaralandığı hadisədə yerli mənbələr Racu küçəsində baş verən partlayışda partlayıcının əvvəlcədən avtomobilə yerləşdirildiyini təsdiqləyib.

Partlayışdan sonra başlayan yanğın Suriya Mülki Müdafiə qrupları tərəfindən söndürülüb, yaralılara aparıldıqları xəstəxanada tibbi yardım göstərilib. Polis ərazini nəqliyyatın hərəkətinə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə