...Artıq iki həftədir ki, Böyük Britaniyada miqrantlara qarşı etirazlar davam edir və onların Qərbin digər ölkələrinə keçə bilmə qorxusu var.
... SİA-nın əldə etdiyi məlumata görə, bu arada Civey Araşdırma Mərkəzi “qorxulu” olan nümayəndəli sorğu keçirib.
Məsələ bundadır ki, rəyi soruşulan almanların 65 faizi Almaniyada da “İngilis modelinə uyğun” etirazlara icazə verilməsinin tərəfdarı kimi, çıxış edib.
Civey Araşdırma Mərkəzinin nümayəndəsi ayrıca qeyd edib ki, ifrat sağçı siyasi partiya olan “Almaniya üçün Alternativ”in hər ikinci üzvü belə nümayişləri təsəvvür edə bilər.
...İndi İngiltərədəki etirazlara baxırıq. Orada iki həftəyə yaxındır ki, sağçı ekstremist qruplar küçələrə axışır. Bənzər bir şey Almaniyada mümkündürmü? Almanlar nə deyir?
Qeyd edək ki, bunu “Die Welt” alman nəşrinin aparıcısı Civey Araşdırma Mərkəzinin analitiki Yanna Myutzeyə ünvanlayır.
...Bəli, heç olmasa bir dəfə biz əhali arasında, Almaniyadakı insanlar arasında reprezentativ sorğu keçirdik ki, onlar sağ ekstremist qrupların bu cür etiraz formasının burada mümkün olduğuna inanıblarmı? Bu, həqiqətən də qorxudur - almanların 65 faizi deyir ki, “bəli, biz bunu burada da təsəvvür edə bilərik”.
Təbii ki, solçular və ya daha çox solçu partiyaların tərəfdarları daha çox narahatdırlar. Amma hər ikinci “Almaniya üçün Alternativ” üzvündən çoxu sağçı ekstremist qrupların oxşar nümayişlərini və ya etirazlarını təsəvvür edə bilər.
Bunu deyən Yanna Myutzey, almanların yalnız 10 faizinin qərarsız olduğunu və demək olar ki, dörddə birinin “xeyr, biz Almaniyada belə bir şey təsəvvür edə bilmərik” dedikləini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB