Polşa ABŞ-dan 96 Apache helikopteri alıb

Polşa ABŞ-dan 96 Apache helikopteri alıb

Polşa ABŞ-la silahlı qüvvələrini gücləndirmək üçün 96 ədəd AH-64E Apache helikopterinin alınması ilə bağlı müqavilə imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters bu barədə çərşənbə axşamı, avqustun 13-də yazır.

Ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamışın qeyd etdiyi kimi, helikopterlər hədəfləri vurmaq üçün yeni döyüş imkanları verəcək və Mi-24-ü əvəz edəcək.

2023-cü ilin avqustunda Birləşmiş Ştatlar ümumi dəyəri təxminən 12 milyard dollar olan 96 AH-64E Apaçi və əlaqəli avadanlıqların Polşaya satışını təsdiqlədi.

Paketə vertolyotlara texniki xidmət avadanlığı, hava limanı və anqar avadanlığı və texniki dəstək, təlim paketi, həmçinin döyüş sursatı və ehtiyat hissələri kimi logistika daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə