Olimpiada Parisdə satışları artırdı

Rəqəmsal ödəniş şirkəti Visa, “Paris 2024” Yay Olimpiya Oyunlarının açılış həftəsonu zamanı istehlakçıların xərcləmə modellərini aşkar edən yeni məlumatları dərc edib.

Açıqlanan məlumatlar Olimpiya Oyunlarının şəhər iqtisadiyyatına müsbət təsirini ortaya qoydu:

-Parisdə kiçik müəssisələrin kart istifadəçilərinə satışları Olimpiya Oyunlarının açılışının ilk həftəsonunda bir əvvəlki ilə nisbətən 26 faiz artıb.

-Parisdə ən ciddi xərc artımı 159 faiz ilə teatr və muzeylərdə olub. Qida və marketlərdə 42, restoranlarda 36, pərakəndə satışda 21, əyləncədə 18 faiz artım olub.

-ABŞ-dan olan kart istifadəçiləri 29 faiz ilə xaricə xərcləmələrdə ən böyük paya sahib idilər. Braziliyalı ziyarətçilərin xərcləri əvvəlki ilə nisbətən 33 faiz artarkən, yapon ziyarətçilərin xərcləri 129 faiz artıb.

-Parisdə edilən beynəlxalq ödənişlərin 78 faizi təmassız olub. Bu göstərici əvvəlki illə müqayisədə 9 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə