...Yaponiya Mərkəzi Asiya regionunda öz təsirini genişləndirməyə çalışır və bu iqtisadi deyil, siyasi məqsədlər güdür.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir.
Departamentin saytındakı şərhində o qeyd edib ki, Mərkəzi Asiya “günəşin doğan ölkəsi”ndən minlərlə kilometr uzaqda yerləşir.
...Yaponiyanın cəhdlərinin arxasında biz iqtisadi maraq deyil, Vaşinqtonun demokratik administrasiyasının göstərişləri ilə bu region ölkələri ilə Rusiya Federasiyası arasında onilliklər ərzində formalaşmış iqtisadi əlaqələr sisteminə zərər vurmaq istəyini görürük.
Bun da Zaxarova əlavə edib.
Onun sözlərinə görə, Yaponiya tərəfi Mərkəzi Asiya ölkələrini Qərbin anti-Rusiya xarakterli ideologiyası ilə əlaqələndirmək istəyir.
Zaxarova vurğulayıb ki, Rusiya region dövlətlərində vəziyyətin başa düşülməsinə ümid edir.
...Mərkəzi Asiyadan olan tərəfdaşlarımız öz xarakterik müdrikliyi ilə öz ölkələrini Qərb düşərgəsinin neokolonial əlavəsi mövqeyinə endirmək planlarından qarşılıqlı faydalı əməkdaşlıq lehinə yanaşmaları ayırd edə biləcəklər.
Zaxarovanın sözləridir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB