Ukraynanın Qazaxıstandakı keçmiş səfirinin işi məhkəməyə göndərilib

Ukraynanın Qazaxıstandakı keçmiş səfirinin işi məhkəməyə göndərilib

...Rusiya Baş Prokurorluğu nifrət və düşmənçilik salmaqda ittiham olunan Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Pyotr Vrublevskinin işini Moskvanın Basmannı rayon məhkəməsinə göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər idarənin Telegram kanalında verilib.

...Baş Prokurorluqdan bildirilib ki, məhkəmə bu işə qiyabi baxacaq.

2024-cü ilin martında Vrublevski ruslar haqqında danışdığına görə federal və beynəlxalq axtarışa verilib və Rusiya Federasiyasında qiyabi həbs edilib. O, Rusiyada da ekstremist və terrorçular siyahısına salınıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə