Bolqarıstanda “Belə insanlar var” partiyası hökumətin formalaşdırılması ilə bağlı razılığa gələ bilməyib, nəticədə ölkədə yeni parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, bu üç ildən artıq müddətdə yeddinci seçkidir..?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Nova.bg” yayıb.
...Ən böyük parlament qrupu olan GERB-SDS ilə son görüşdən sonra məlum olub ki, “Belə insanlar var” partiyası hökuməti qurmaq üçün lazım olan 121 səs çoxluğunu toplaya bilməyəcək.
...Nəticəsiz seçkilər spiralı sönməkdə davam edir. Bu, təkcə qıcıq yaratmır, həm də bir sıra dağıdıcı proseslərə - vətəndaşların demokratik seçimdən uzaqlaşmasına və bir çox institutların bloklanmasına səbəb olur.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev bildirib.
O, yaxın aylarda mənalı siyasi debat və ədalətli oyuna çağırıb. ...Baş verənlərlə bağlı müsbət bir şey varsa, o da odur ki, biz bir partiyadan başqa bütün siyasi partiyalarla danışmışıq. Elə bir ab-hava var idi ki, bizi eşitdilər.
Bunu “Belə insanlar var” partiyasının nümayəndəsi Toşko Yordanov bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB