İtaliyanın Sicilya adasındakı Kataniya aeroportu fəaliyyətini bərpa edib. SİA xarici KİV-ə istinadla xəbər verir ki, Etna vulkanının püskürməsi səbəbindən bazar günü səhər hava limanının işi məhdudlaşdırılıb. Vulkanın külü 10 kilometrədək yüksəkliyə qalxıb. Aeroportun uçuş zolaqlarından biri bağlanıb, təyyarə qəbulu minimuma enib.
Lakin avqustun 4-də axşam saatlarından etibarən vulkanda səngimə müşahidə olunub. Aktivlik tam dayanmasa da, uçuşlara təhlükə olmadığı üçün gecikmiş reyslərin yerinə yetirilməsinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB