Lukaşenko edam cəzasına məhkum edilmiş almaniyalını əfv edib

Lukaşenko edam cəzasına məhkum edilmiş almaniyalını əfv edib

Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv edib.

SİA-nın əldə etdiyi məlumata görə, BELTA bu barədə Lukaşenkonun mətbuat xidmətinə istinadən xəbər verir. Xatırladaq ki, Kriger 2023-cü ilin oktyabrında Ozerişçe dəmiryol vağzalında partlayışın təşkilində ittiham olunurdu. Üstəlik, o, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib.

Nəticədə Almaniya vətəndaşı terror aktı törətməkdə, ekstremist icma yaratmaqda, muzdluluq fəaliyyətində, gizli fəaliyyətdə, odlu silahla bağlı qanunsuz hərəkətlərdə, habelə nəqliyyat vasitəsini və ya rabitə vasitələrini qəsdən yararsız hala salmaqda təqsirli bilinib.

Minsk vilayət məhkəməsinin qərarına əsasən, Kriger edam cəzasına məhkum edilib. Daha sonra əfv üçün ərizə yazıb.

...Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib. Dövlət başçısı bütün halları nəzərə alaraq əfv haqqında qərar qəbul edib.

Bunu mənbə bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə