Jirinovskinin 2024-cü il ABŞ seçkiləri ilə bağlı proqnozu tapılıb

Jirinovski 2024-cü ildə ABŞ-da seçkilərinin olmayacağını deyir..?
Jirinovskinin 2024-cü il ABŞ seçkiləri ilə bağlı proqnozu tapılıb

…Rusiya Liberal Demokrat Partiyasının (LDPR) keçmiş lideri Vladimir Jirinovski 2024-cü ildə ABŞ-da prezident seçkilərinin olmayacağını proqnozlaşdırıbmış?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçinin çıxışından bir fraqment YouTube-da yayımlanıb. Həmin fraqmentdə Jirinovski bəyan edib ki, 2024-cü ildə ABŞ-da prezident seçkisi olmayacaq, çünki o vaxta qədər ölkənin özü öz mövcudluğunu dayandıracaq.

Siyasətçi bu açıqlamanı ölümündən bir müddət əvvəl verib.

…Jirinovski SSRİ ssenarisi üzrə ABŞ-ın özünü parçalamasını da proqnozlaşdırıb.

O xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar yaxın on il ərzində indiki formada mövcudluğunu dayandıracaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə