Trampa sui-qəsd cəhdində 150 metrlik müəmma

Trampa sui-qəsd cəhdində 150 metrlik müəmma

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Tramp 150 metrdən açılan atəş nəticəsində sağ qulağından yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ məxfi xidməti sui-qəsdin Trampa necə bu qədər yaxınlaşa biləcəyini araşdırır.

ABŞ-ın 45-ci prezidenti və noyabrda keçiriləcək seçkilərə yenidən namizəd olan Donald Tramp sui-qəsd cəhdindən sağ çıxıb. Respublikaçılar Partiyasının bu gün başlayacaq və 3 gün davam edəcək qurultayında rəsmən namizəd elan edilməsi gözlənilən Tramp seçki kampaniyası üçün "Respublikaçıların qalalarından biri" kimi tanınan Pensilvaniya ştatında olub. O, ştatın qərb hissəsində yerləşən və 2020-ci il seçkilərində respublikaçıların böyük fərqlə qalib gəldiyi 13 min əhalisi olan kiçik Batler şəhərində mitinq keçirəcəkdi.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə