Dörd NATO ölkəsi Rusiyaya çata biləcək raketlər hazırlayacaq

Dörd NATO ölkəsi Rusiyaya çata biləcək raketlər hazırlayacaq

Vaşinqtonda NATO-nun sammiti tam sürətlə davam edir. Danışıqlar zamanı dörd ölkə: Fransa, İtaliya, Almaniya və Polşa uzaqmənzilli qanadlı raketlərin yaradılması barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Reuters xəbər verir. Söhbət 500 km-dən çox uçuş məsafəsindən gedir. Lakin “Frankfurter Allgemeine Zeitung” qəzetinin yazdığına görə, bu cür qanadlı raketlər 1000 kilometr məsafə qət edə bilir və Almaniyadan buraxılaraq hətta Rusiyaya da çata bilir. Ehtimallara görə, burada hələ inkişaf mərhələsində olan SM-6, Tomahawk və hipersəs silahlarından bəhs edilir.

Üstəlik, 2026-cı ildə ABŞ 2500 km mənzilli uzaqmənzilli raketlərini Almaniya ərazisində yerləşdirmək niyyətindədir. Qeyd edək ki, bu raketlər Almaniyadan Qərbi Urala çata bilər.

…Rusiya artıq bu mesajlara cavab verib.

Belə ki, xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, yerli ordu Vaşinqtonun mesajlarını “artıq nəzərə alıb” və ilk növbədə “əsəblər və emosiyalar olmadan” hərbi cavab verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə