Milonovu qorxudan bilirsinizmi nədir? Rus qızlarının...

Rusiyada türk seriallarının qadağan edilməsi təklifi..?
Milonovu qorxudan bilirsinizmi nədir? Rus qızlarının...

...Dövlət Dumasının ailənin müdafiəsi, atalıq, analıq və uşaqlıq məsələləri üzrə komitəsinin sədr müavini Vitali Milonov rusiyalı qadınlar arasında populyar olan türk seriallarını kəskin tənqid edib.

Sankt-Peterburqlu deputatının sözlərinə görə, türk filmlərində “bircə dənə də ağıllı aktyor yoxdur”, “hamısı tamamilə orta səviyyədədir”.

SİA-nın əldə etdiyi məlumata görə, Milonov “Moskva danışır” radiostansiyasında deyib ki, “birdən-birə yaxşı aktyor olduqlarına qərar verən kababçılar”a görə rus qadınları ideal kişi kimi “yalançı obraz” yaradırlar.

...Və bununla bağlı o, Rusiyada türk seriallarının qadağan edilməsi təklifi ilə çıxış edir.

...Milonova görə, rus qadınları türk seriallarına baxır və guya həqiqətə uyğun olmayan nağılları sevirlər.

Bunu deyən Milonov hesab edir ki, Türkiyədə qadınlara, xüsusən də ziyarətçilərə münasibət ekranda göstəriləndən çox fərqlidir, yəni kobud və pisdir.

...Sizi bilmirəm, amma mənə elə gəlir ki, burada Milonovu qorxudan nəsə var... Təbii ki, rus qızlarının türk oğlanlara artmaqda olan rəğbət və sevgisi. Ona görə də, “hirsindən az qala eynəyini yeyən” türk düşməninin...Milonovu deyirəm, əlacsızlıqdan güçü ancaq buna çatır..?

...Yeri gəlmişkən, Rosstat aprel ayında Rusiyada nikahların sayının azaldığını bildirmişdi. Üstəlik, bu tendensiya 2023-cü ildə ölkənin bütün regionlarında müşahidə olunmaqdadır.

...Ona görə də, ruslar indi adi bir arayışla evlənməyə icazə veriblər?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə