"Beril” tropik qasırğası ABŞ-ın Şərqi Texas və Qərbi Luiziana ştatlarına çatıb. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Məlumata görə, qasırğanın maksimal sürəti 20,8 m/s-dir.
Texasda tropik qasırğa nəticəsində üç nəfər ölüb. Dəmir yolunda 1300 reys ləğv edilib. Bundan əlavə, 2,7 milyona yaxın bina işıqsız qalıb.
ABŞ Milli Hava Xidməti Arkanzasın cənub-qərbi, Luiziananın şimal-qərbi və Texasın şimal-şərqi üçün tornado xəbərdarlığı elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB