Polşa prezidenti Təhlükəsizlik Şurasını çağırıb

Belarusla sərhəddə baş verən insidentlə əlaqədar...
Polşa prezidenti Təhlükəsizlik Şurasını çağırıb

Polşa prezidenti Anjey Duda bu ilin mart ayında Belarus Respublikası ilə sərhəddə qaçqınlara qarşı xəbərdarlıq atəşi açan hərbçilərin saxlanılması ilə bağlı Milli Təhlükəsizlik Şurasını çağırıb.

SİA xəbər verir ki, bu barədə “Onet” portalı məlumat yayıb. Qeyd edilir ki, dövlət başçısı hadisə ilə bağlı tam araşdırmanın iyunun 10-da aparılacağını vurğulayıb.

Bundan əvvəl sərhədə doğru qaçan qaçqınlar istiqamətində atəş açan 3 əsgərin saxlanıldığı məlum olub. Saxlanılanlardan iki əsgər vəzifə səlahiyyətlərindən sui-istifadə və başqalarının həyatını təhlükəyə atmaqda ittiham olunurlar.

İnsident zamanı hərbçilərdən biri sifət nahiyəsindən daşla yaralanıb. Xatırladaq ki, böhran Polşa-Belarus sərhədinin Dubiçe-Tserkovne şəhəri yaxınlığındakı hissəsində yaranıb.

Bu arada Polşa sərhədçiləri Avropa İttifaqının sərhədini qanunsuz keçmə ilə bağlı 469 fakt qeydə alıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə