Putin Ukrayna ilə üç mərhələli müharibə planını işə salıb..?

Putin Ukrayna ilə üç mərhələli müharibə planını işə salıb..?

...Rusiya Federasiyası Ukrayna şəhərlərinin ilkin dağıdılmasından sonra onları ələ keçirmək üçün üç mərhələdən ibarət plana başlayıb.

Deməli, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Çexiyanın “Aktualne Zpravodajstvi” nəşri yazıb.

...Nəşr qeyd edib ki, birinci mərhələ mülki şəxsləri qaçmağa məcbur etmək üçün onların arasında panikanın yayılmasına yönəlib.

İkinci mərhələdə tənzimlənən hava bombası Ukrayna şəhərlərinin yaşayış binalarını və sənaye infrastrukturunu məhv edəcək.

Üçüncü mərhələdə Rusiya Silahlı Qüvvələrinin bölmələri dağıdılmış və tərk edilmiş şəhərlərə hücum edəcək.

Qeyd edilir ki, mart ayı ərzində düşmən rekord sayda tənzimlənən hava bombalarından istifadə edib...təqribən demək olar ki, 2300-dən çox...

...Yeri gəlmişkən bu arad Rusiyada üç tonluq FAB-3000 bombalarının istehsalı da bərpa edilib.

Jurnalistlər, müəyyən şərtlər altında rusların hipotetik olaraq ayda 5 minə qədər tənzimlənən hava bombalarından istifadə edə biləcəyini iddia edirlər.

...Təbii ki, bu ssenari Ukraynanı fəlakətli nəticələrlə təhdid edir: milyonlarla ukraynalı miqrasiya böhranı astanasında olan Avropaya qaçmağa məcbur olacaq.

Bu həmən mediada bildirilir.

Rusiya prezidenti Vladimir Putin Ukraynada “ən böyük humanitar fəlakət” üçün zəmin hazırlayır. Həmçinin, düşmən üçün digər mühüm məqsəd Ukraynanın enerji infrastrukturunun məhv edilməsidir.

Ruslar ardıcıl olaraq cəbhəyə və ya sərhədə yaxın şəhərlərə - Sumı, Xarkov, Nikopol, Dnepr, Krivoy Roq, Nikolayev, Odessaya hücum edir, çünki hava hücumundan müdafiə sisteminin yaxın məsafədən atılan bütün raketləri tutmağa vaxtı yoxdur. Nəticədə cəbhəyanı şəhərlərin enerji infrastrukturuna maksimum ziyan dəyir.

...Təsadüfi deyil ki, bu hücumlardan sonra rus təbliğatçıları yekdilliklə yazmağa başladılar ki, ukraynalılar Rusiya KAB-larından başqalarından daha çox əziyyət çəkən Xarkov şəhərini tərk etməlidirlər.

Bunu yazan Çexiya nəşri əlavə edib ki, FAB-3000-in istehsalının bərpası son dərəcə həyəcanverici siqnaldır, çünki ruslar bu bomba ilə insanların sıx məskunlaşdığı əraziləri, istilik elektrik stansiyalarını, logistika və fabrikləri asanlıqla məhv edə bilərlər.

Bundan əlavə, Ruslar irəlilədikcə tənzimlənən hava bombaları zərbələri ukraynalıları öz icmalarını tərk etməyə məcbur edəcək.

...Beynəlxalq fəaliyyətsizlik fonunda Putin Ukraynanı cansız bir yanğına çevirmək istəyir..?

Bunu da həmən nəşr əlavə edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə