Nigeriyanın Koqi əyalətində baş verən silahlı hücumda 19 nəfərin həyatını itirdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir çox evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb. Koqi Ştat Polisinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Uilyam Aya hadisəni təsdiqləyib və araşdırmaya başlanıldığını açıqlayıb.
Qeyd edək ki, Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və digər terror təşkilatlarının hücumları ilə mübarizə aparır.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB