Bayden trilyon dollarlıq büdcəni imzalayıb

ABŞ prezidenti həmçinin Konqresi Ukraynaya yardım haqqında qanun layihəsini qəbul etməyə çağırıb
Bayden trilyon dollarlıq büdcəni imzalayıb

...Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden dünən, martın 23-də Senat tərəfindən təsdiqlənən 1,2 trilyon dollarlıq hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini imzalayıb. O, həmçinin Nümayəndələr Palatasını Ukrayna, İsrail və Tayvanı dəstəkləmək üçün qanunvericiliyin qarşısını almağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ağ Ev yayıb.

Qeyd edək ki, Amerika prezidenti, Konqresin öz işini hələ başa çatdırmadığını “aydın şəkildə bildirib”.

...Bayden, respublikaçıların qarşı çıxdığı Ukrayna, İsrail və Tayvana yardımı maliyyələşdirməyə dair qanun layihəsinə toxunaraq, “...Nümayəndələr Palatasında iki partiyalı maliyyələşdirmə qanunu qəbul edilməlidir” deyib.

ABŞ prezidenti qeyd edib ki, bu gün imzalanan və bağlanmanın qarşısını almağa imkan verən büdcə qanunu “razılaşmadır, kompromisdir, yəni heç bir tərəf istədiyi hər şeyi əldə etməyib”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə