Peskov Ukrayna ilə davam edən müharibə barədə açıqlama verib

Peskov Ukrayna ilə davam edən müharibə barədə açıqlama verib

"Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti “xüsusi hərbi əməliyyat” kimi başladı, lakin hazırda “müharibə vəziyyətində”dir".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Argumenti i faktı” qəzetinə verdiyi açıqlamada deyib.

Rusiyanın Ukraynada başlatdığı hərbi fəaliyyətlərin statusunun zamanla dəyişdiyini bildirən Peskov "Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başlayıb" deyib.

Prosesin sonradan müharibəyə çevrildiyini bildirən Peskov deyib ki, biz müharibə vəziyyətindəyik. Kollektiv Qərb Ukrayna tərəfində ona qoşulanda bu, bizim üçün müharibəyə çevrildi. Hər kəs öz daxili səfərbərliyi üçün bunu başa düşməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə