Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammiti 2024-cü il mayın 8-də Moskvada keçiriləcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
…Bilirəm ki, siz artıq yubiley tədbirinə hazırlaşmağa başlamısınız, biz bunu mayın 8-nə planlaşdırmışdıq. Biz onu burada, Moskvada keçirəcəyik. Biz buna hazırıq, bilirsiniz ki, biz həmişə belə işləri məmnuniyyətlə ediri.
Qeyd edək ki, Putin bunu Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayevlə görüşündə bildirib.
Rusiya prezidenti bundan əvvəl qeyd etmişdi ki, Aİİ-nin yubiley sammiti nəinki təşkilatın həyatında yeni onillik açacaq, həm də inteqrasiyanın dərinləşməsinə, iştirakçı ölkələrin rifahının və həyat səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.
Bundan əvvəl moldovalı müxalif siyasətçi İlan Şor bildirib ki, Moldova üçün Avropa İttinteqrasiyaya can atmaqdansa, Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmağa çalışmaq daha sərfəlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB