Nigeriyada 300-ə yaxın uşağı oğurlayanlar onlar üçün fidyə tələb edirlər

Nigeriyada 300-ə yaxın uşağı oğurlayanlar onlar üçün fidyə tələb edirlər

Nigeriyada martın 7-də 280-dən çox uşağı məktəbdən qaçıran silahlı qrup onların azadlığa buraxılması üçün fidyə tələb edib.
Qaçırılanlar məktəblilərin azadlığını bir milyon naira (yerli pul vahidi) dəyərində qiymətləndiriblər ki, bu da 620,432 dollar təşkil edir.

Qaçırılan ailələrin sözçüsü Reuters-ə bildirib ki, qaçıranlar onlara telefonla zəng ediblər. Onun sözlərinə görə, onlar ultimatum qoyublar: oğurluqdan sonra 20 gün ərzində pul təhvil verilməsə, bütün girovlar öldürüləcək.

SİA-nın əldə etdiyi məlumata görə, Nigeriya təhlükəsizlik qüvvələri qaçıranların və girovların harada olduğunu müəyyən etməyə çalışır.

...Martın 7-də Nigeriyanın şimalındakı Kuriga kəndində 50-yə yaxın silahlı şəxs məktəbə hücum edərək 7-15 yaş arası 300-dən çox şagirdi girov götürüb. Onlardan bəziləri sonradan sərbəst buraxılsa da, ən azı 286 uşağı aparıblar. Məktəb direktoru şagirdləri xilas etməyə çalışarkən bir nəfərin güllələndiyini bildirib.

Qeyd edək ki, Nigeriyada uşaq və qadınların qaçırılması mütəmadi olaraq baş verir. Yeri gəlmişkən Çibokdakı yataqxanadan 270-dən çox məktəbli qızın qaçırdığı 2014-cü il baş verən hadisələr ən dəhşətlilərindən biri olub. Xatırladaq ki, qaçırılan qızların bəziləri əliuşalı halda qayıda bilsələr də, amma hələ də qızların 98-i əsir olaraq qalmaqdadırlar.

İndi də hələ ki, heç kim uşaqların hazırkı oğurlanmasına görə məsuliyyəti üzərinə götürməyib. Associated Press və Reuters qeyd edir ki, fidyə üçün adam oğurluğu indi ideoloji meyli olmayan cinayətkar qruplar tərəfindən istifadə olunur. Bunlar yerli fermerlərlə münaqişədə olan çobanlar da ola bilər?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə