Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Misir hakimiyyəti Qəzza zolağında qaçqınlar üçün iki xüsusi düşərgə tikməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Misir hakimiyyəti artıq Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhəri yaxınlığında qaçqınlar üçün düşərgənin tikintisinə başlayıb. Bu düşərgə 4 minə qədər qaçqını qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Bildirilib ki, hər iki düşərgə elektrik enerjisi, kanalizasiya sistemi və yaşayış üçün zəruri olan digər infrastrukturla təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə