Rusiyanın xarici işlər naziri Kubaya səfər edib

Rusiyanın xarici işlər naziri Kubaya səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına səfəri çərçivəsində Kubaya işgüzar səfər edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir Lavrov və onu müşayiət edən nümayəndə heyəti paytaxt Havanadakı İnqilab sarayında prezident Migel Diaz-Kanel tərəfindən qəbul edilib. Kanel “X”sosial media hesabındakı paylaşımında Lavrovun səfərindən məmnunluğunu ifadə edib. Rusiya prezidenti Vladimir Putinə sevgi dolu salamlarını çatdırdığını bildirən Kanel iki ölkə arasındakı münasibətlərə dinamizm gətirmək üçün ortaq maraq doğuran mövzular və beynəlxalq gündəm haqqında fikir mübadiləsi apardıqlarını bildirib.

Lavrov həmkarı, xarici işlər naziri Bruno Rodriguez ilə görüşündə ABŞ-ın Kubaya tətbiq etdiyi qeyri-qanuni iqtisadi, ticarət və maliyyə blokadasını pisləyib və ada ölkəsinə qarşı tətbiq edilən rüsvayçı siyasətə son qoyulmasını istəyib. Kubanı terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarmağa çağıran Lavrov Vaşinqton administrasiyasının Kubaya qarşı birtərəfli və mənasız siyasət yürütdüyünü bildirib. Lavrov ölkəsinin Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birlikləri ilə əlaqələrini daha da inkişaf etdirmək istədiyini və buna hazır olduqlarını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə