“Bu qətnamə layihəsi BMT-də səsverməyə çıxarılarsa..."

Qətnamə layihəsinin fevralın 20-də BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacağı gözlənilir
“Bu qətnamə layihəsi BMT-də səsverməyə çıxarılarsa..."

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı (UNSC) daimi nümayəndəsi Linda Tomas-Qrinfild (Thomas-Greenfield) Əlcəzairin hazırladığı cə Qəzzada atəşkəs tələb edən qətnamə layihəsi BMT-də səsverməyə çıxarılarsa, Birləşmiş Ştatlar bunu rədd edəcəyi ilə bağlı xəbərdarlıq edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, L.T.Qrinfild verdiyi yazılı açıqlamada bildirib: “Çünki İsrail və “Həmas” arasında girovların azad edilməsi və ən azı 6 həftə hərbi əməliyyatlara fasilə verilməsini təmin edəcək razılaşmanı ABŞ hazırlayıb.

ABŞ prezidenti Cozef Bayden İsrail, Misir və Qətər dövlət başçıları ilə bu mövzuda dəfələrlə telefonda danışıb. Lakin BMT Təhlükəsizlik Şurasına təqdim edilən Əlcəzairin qətnamə layihəsi nəticə verməyəcək. ABŞ bu qətnamənin qəbulunu dəstəkləmir. Layihə hazırkı formada səsverməyə çıxarılarsa, qəbul olunmayacaq”.

Xatırladaq ki, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur fevralın 14-də Türkiyə və Ərəb Qrupu üzvləri də daxil olmaqla, bir çox ölkə adından açıqlama verərək “Əlcəzairin hazırladığı Qəzzada atəşkəsə çağıran qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurası tərəfindən böyük dəstəyin olduğunu aydın görürük” deyib.

Qətnamə layihəsinin fevralın 20-də BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə