"ABŞ Ukraynaya verdiyi sözü yerinə yetirməlidir..."

"ABŞ Ukraynaya verdiyi sözü yerinə yetirməlidir..."

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ı Ukraynaya verdiyi vədləri yerinə yetirməyə çağırıb. O, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında bildirib ki, ABŞ Konqresi Kiyevə hərbi yardımla bağlı ən qısa zamanda qərar qəbul etməlidir.

SİA xatırladır ki, Kiyevə 60 milyard dollar dəyərində hərbi yardım paketi bir neçə həftədir ki, Konqresdə bloklanıb.

…Bu gün Ukraynanın köməyə ehtiyacı var. ABŞ-da qanun layihəsinin qəbulu nə qədər yubanarsa, Ukraynada cəbhədə bir o qədər çox insan həlak olacaq.

Bunu Stoltenberq vurğulayıb.

Qeyd edək ki, noyabrda yenidən Amerika ştatının başçısı seçilməyə ümid edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın təzyiqi ilə respublikaçılar uzun aylardır Ukraynaya yeni hərbi yardım paketini əngəlləyir.

Uzun müzakirələrdən sonra demokratların çoxluq təşkil etdiyi Senat, nəhayət, bir neçə gün əvvəl qanun layihəsini təsdiqləsə də, respublikaçıların üstünlüyə malik olduğu Nümayəndələr Palatasında bu sənədin qəbulu şübhə altında qalır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə